• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda iki avtomobil toqquşdu: polis öldü

HADİSƏ

17 Dekabr 2021 | 00:33 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda iki avtomobil toqquşdu: polis öldü

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi “KİA” markalı avtomobillə dairədə “MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır. Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026