• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda peşəkar dələduz kameraya yaxalandı - ANBAAN VİDEO

CƏMİYYƏT

27 Iyul 2023 | 19:06 | Müəllif: Subhan Mahmudov

Bakıda peşəkar dələduz kameraya yaxalandı - ANBAAN VİDEO

Paytaxtın Binəqədi rayonunda kosmetika mağazasında dələduzluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, hadisə 3-cü mikrorayon, Cavadxan, 10 ünvanında yerləşən kosmetika məhsulları satılan mağazada qeydə alınıb.

Belə ki, mağazaya daxil olan ortayaşlı kişi, 165 manat pulu satıcıya təqdim edərək 170 manat olduğunu iddia edib və bütövlətmək istədiyini bildirib. Hər şey də bundan sonra yaşanıb. Pulu sayan satıcı 5 manat əskik olduğunu həmin şəxsə deyib. İddia edilir ki, kişi pulu sayan zaman gizlincə 60 manatını götürüb və yerdə qalan məbləğin üzərinə beş manat əlavə edərək təkrar mağaza əməkdaşına uzadıb.

Bildirilib ki, hadisə ilə əlaqədar polisə məlumat verilib.

Sözügedən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR