• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda taksi sürücüsü avtomobildə qadını DÖYDÜ

HADİSƏ

22 Iyul 2022 | 11:30

Bakıda taksi sürücüsü avtomobildə qadını DÖYDÜ

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026