• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Bakının bu prospektində hərəkət məhdudlaşdırılıb

CƏMİYYƏT

17 Iyul 2024 | 16:30

Bakının bu prospektində hərəkət məhdudlaşdırılıb

Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar bu gün Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.


SON XƏBƏRLƏR