• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakının bu qəsəbəsi SÖKÜLƏCƏK - ADI AÇIQLANDI

CƏMİYYƏT

27 Fevral 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Bakının bu qəsəbəsi SÖKÜLƏCƏK - ADI AÇIQLANDI

Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib.

Baəvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işəri başlayacaq:

"Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq".

Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binalar inşa olunacağını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR