• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakının bu rayonlarında və Hacıqabulda su olmayacaq

CƏMİYYƏT

02 May 2023 | 10:04

Bakının bu rayonlarında və Hacıqabulda su olmayacaq

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

Bu barədə Bakıvaxtı.az  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026