Ötən gün Latviyanın Ventspolis şəhəri yaxınlığında dənizə düşən "kabus təyyarə"nin sirri açılıb. Təyyarənin sahibinin məşhur iş adamı olduğu öyrənililib, uçuşu müşayiət edən NATO pilotlarının kokpitdə heç kimi görməmələrinin səbəbi də məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, ötən gün İspaniyanın Xeres de la Frontera hava limanından yola düşərək Almaniyanın Köln şəhərinə uçan şəxsi təyyarə müəmmalı şəkildə Baltik dənizinə düşüb. Səlahiyyətlilər kabinədəki təzyiqlə bağlı problemləri bildirdikdən və təyyarə radardan itdikdən sonra hərəkətə keçib. NATO təyyarələri Cessna 551-i müşayiət etmək üçün havaya qalxdı, lakin NATO pilotları və İsveç rəsmiləri izlədikləri təyyarənin kokpitində heç kimin görünmədiyini bildiriblər. Paris və Köln ətrafında dövrə vuran təyyarə Baltik dənizinə doğru hərəkət edərək Latviyanın Ventspolis şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin qəzaya uğramasından sonra bölgəyə Latviya, İsveç və Litvadan xilasetmə qrupları göndərilib. İsveç axtarış-xilasetmə qrupunun rəhbəri Lars Antonsson AFP-yə bildirib ki, təyyarə yanacağı bitdiyi üçün qəzaya uğrayıb və hadisə yerində insan qalıqlarına rast gəlinməyib. Xilasetmə qrupları yıxılışın nəyə səbəb olduğunu anlamağa kömək edəcək heç nə tapa bilmədilər. Əsrarəngiz hadisə dünya mediasında “hayalet uçak” adı ilə elan edilib və böyük marağa səbəb olub. Təyyarənin qəzaya uğraması ilə bağlı bir çox nəzəriyyə irəli sürülərkən, bu gün gələn açıqlama ilə tüstü pərdəsi qaldırıldı.
“Hürriyet”in məlumatına görə, özəl hava yolu şirkəti Quick Air tərəfindən verilən açıqlamada qəzaya uğrayan təyyarənin alman iş adamı Karl-Peter Griesemanna məxsus olduğu və onun təyyarini özünün idarə etdiyi açıqlanıb. 72 yaşlı iş adamını şəxsi təyyarəsində həyat yoldaşı Juliane, 26 yaşlı qızı Liza və qızının sevgilisi Paulun müşayiət etdiyi öyrənilib. Ailənin bir müddətdir İspaniyadakı bağ evində tətildə olduğu və Kölnə qayıdarkən dəhşətli qəzaya uğradığı güman edilir. Aviasiya mütəxəssisləri bildirirlər ki, kabin təzyiqinin düşməsi pilotun və sərnişinlərin huşunu itirməsinə səbəb ola bilər. Bu, NATO pilotlarının kokpitdə niyə heç kimi görmədiyini izah edir. Qərbi Almaniyanın ən böyük şəhəri olan Kölndə tanınmış sima Karl-Peter Qrizmann Qrizman Qrupunun sədri idi. O, məşhur iş adamı və Almaniyanın ən böyük karnavallarından biri olan illik Köln karnavalının prezidenti idi. Faciəli qəzadan sonra axtarış-xilasetmə işlərinə bir çox ölkədən göndərilən təyyarə və bərələr qatılıb. Xilasetmə qrupları televiziyaya verdiyi açıqlamalarda qəza yerində güclü neft axını olduğunu bildiriblər.
Təyyarədə olan sərnişinlərin qalıqlarına hələ də rast gəlinməyib.
Aytac Aslan
















