• Bakı C

    13.29 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq 

İQTİSADİYYAT

05 Noyabr 2024 | 09:50

Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq 

Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a AMB-dən bildirilib.

    Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.

    Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydaları və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.


    SON XƏBƏRLƏR