Xəbər verdiyimiz kiimi, Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında yarımfinal görüşü keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, matç 2:1 hesabıyla İspaniya millisinin qələbəsi ilə başa çatıb.
Belə ki, görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo imza atıb.
İspaniya millisinin ilk qolunu vuran 17 yaşlı Lamin Yamal dünyanın ən yaxşı oyunçularından biri hesab olunur.
Bakıvaxtı.az hər kəsin marağına səbəb olan bu gənc futbolçu haqqında araşdırmanı təqdim edir:
Lamine Yamal 13 iyul 2007-ci ildə anadan olmuş ispaniyalı futbolçudur.
Barselonanın Esplugues de Llobregat şəhərində mərakeşli ata və Ekvatorial Qvineya anasının ailəsində anadan olan Yamal gəncliyinin çox hissəsini Barselonada keçirib.
"Barcelona"da və İspaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir.
Yamal ilk dəfə Barselona A komandasında 29 aprel 2023-cü ildə “Real Betis”ə qarşı oynayıb və 15 yaşında klub tarixinin ən gənc oyunçusu olub.
16 yaşında AVRO-2024-də Xorvatiya ilə matçda turnirin ən gənc oyunçusu kimi iştirak edib.
Həmçinin o, Fransa ilə qarşılaşmada vurduğu qolla turnirin ən gənc qolçusu kimi tarixə düşüb.
Sol ayaqlı hücumçu olan Yamal sağ cinah, mərkəz hücumçu, hücumameyilli yarımmüdafiəçi və cinah oyunçusu kimi çıxış edə bilər. Dribling, ötürmə və qol vurma qabiliyyəti ilə diqqət çəkir.
Lionel Messi və Ansu Fati ilə müqayisədə Yamal gələcəyin ulduzlarından biri hesab olunur.
Mina Mikayılova












jpg-1723180583.webp)







