• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək - FOTO

CƏMİYYƏT

01 Aprel 2024 | 11:52 | Müəllif: Subhan Mahmudov

Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 6-da, saat 10:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərinin qəbulunu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR