• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Baş Prokurorluqdan Naxçıvanın sabiq prokurorunun həbsinə MÜNASİBƏT

CƏMİYYƏT

02 Fevral 2023 | 11:54

Baş Prokurorluqdan Naxçıvanın sabiq prokurorunun həbsinə MÜNASİBƏT

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.

Qurumun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.

"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR