Bazar günü və dünən Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhərində bir qədəe də irəliləyib.
Bakıvaxtı.az bu barədə unian-a istinadla xəbər verir.
Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) son hesabatına görə, bununla yanaşı Rusiya ordusu ciddi itkilər verirlər. Hesabatda qeyd olunur ki, düşmən Baxmutdan bir neçə kilometr aralıda yerləşən Xromovo kəndinin şimal-qərbində bir qədər irəliləməyə nail olublar.
“...Rus qoşunları bir qədər irəliləyib... Baxmutun cənub-qərbində, Sakko və Vanzetti kəndinin şimalında - Baxmutdan 15 km şimalda”, - deyə məlumatda bildirilir.
Murad Məmmədli
















