ABŞ-ın ən yaşlı prezidenti Co Baydenin illik müayinəsi nəticəsində həkimlər 81 yaşlı prezidentin sağlam, aktiv və cəsarətli insan olduğu qənaətinə gəliblər.
Bakıvaxtı.az "CNN Türk"ə istinadən xəbər verir ki, Ağ Evin həkimi Kevin O'Konnor tərəfindən aparılan iki saat yarımlıq müayinə nəticəsində dərc olunan ətraflı tibbi hesabatda “Prezident Bayden 81 yaşlı sağlam, aktiv və cəsarətli bir insandır. O, prezidentlik vəzifələrini uğurla yerinə yetirməyə hazırdır”.
ABŞ-ın xüsusi prokuroru Robert Hurun Baydenin vitse-prezidentliyi zamanı evə apardığı sənədlərlə bağlı ötən ay dərc etdiyi hesabatda “yaddaşının zəiflədiyini iddia etməsindən” sonra ölkədə qarışıqlıq yaranmışdı. Bununla belə, prezidentin illik fiziki toplantısında koqnitiv test tələb olunmurdu.
- Ağ Evin açıqlamasına görə, Baydenin çəkisi 80,7 kilo, bədən kütləsi indeksi isə keçən il olduğu kimi 24,1-dir.
- Qan təzyiqi 132/78, nəbzi isə 64 olub. O, qan laxtalanma riskini azaldan dərmanlar qəbul edir. Ümumi xolesterol səviyyəsi 122.
- Yuxu apnesindən əziyyət çəkən prezident yuxu terapiyası alır.
- Onun zaman-zaman reflü problemi olur və turşu blokerlərindən istifadə edir.
- Onurğa sütununda yaşa bağlı “aşınma” səbəbindən yeriməsində problemlər müşahidə olunur.
Ay Tac
















