• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bayram namazını evdə qılmaq olmaz" - İlahiyyatçı AÇIQLADI

CƏMİYYƏT

20 Iyul 2021 | 15:43

"Bayram namazını evdə qılmaq olmaz" - İlahiyyatçı AÇIQLADI

Bu gün Azərbaycanda Qurban bayramı günüdür. 

Xalq arasında “İsmayıl Qurbanı” adlanan bayram özündə böyük bəşəri dəyərləri cəm edib. “Qurban” ərəbcədə “qurbə”, yəni yaxınlaşma sözündən olub, bunu edən insanın əsas qayəsinin məhz Allaha yaxınlaşmaq, Onun razılığına nail olmaq olduğuna işarə edir. Qurani - Kərimin “Kövsər” surəsində buyurulur: “Rəbbinə namaz qıl və (qurban) kəs”.İslam alimlərinə görə, qurban kəsmək peyğəmbərimizin (s.ə.s) təkid etdiyi sünnət əməldir. İbn Abbasın rəvayət etdiyinə görə, Rəsulullah (s) belə deyib: “Üç şey mənə fərz (əmr) olunub, siz isə bunu könüllü etməlisiniz. Fitr namazı, qurban kəsmək və sübh namazının fərzindən əvvəl 2 rükət sünnət namazı”.
Qurban bayramının daha bir vacib atributu bayram namazıdır. 

Bildiyimiz kimi, pandemiya şəraitində, karantin qaydalarına riayət etməklə məscidlərə girişə icazə verilib. Lakin insanlar kütlə içində virusa yoluxmaz riski ilə məscidlərə getməkdən qorxurlar. 

Maraqlıdır, bayram namazını evdə və ya məsciddə qılmaq arasında fərq varmı?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bayram birlikdə sevinmək, bölüşmək və qeyd etməkdir: “Əgər bayram namazı evdə tək-tək qılınacaqsa, o, bayram namazı hesab olunmur axı! Amma belə etmək olar ki, məscidə gedə bilməyən bir qrup dost-tanış birinin evində yığışıb namaz qıla bilər. Çünki hamı bayram namazı üçün məscidə getsə, orda tıxac yaradacaq”.

Elşad Miri kimdir? Məzhəbi nədir? Hansı məzhəbə qulluq edir? - YouTube

İlahiyyatçı qeyd edib ki, təklikdə qılınan namaz bayram namazı hesab olunmur: “Bayram namazı ancaq camaat şəklində qılınmalıdır. Hətta bu, qadınlara da aiddir”.

Nuranə Daxilqızı
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026