• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Vaksin olunmayanlara onlayn tədris də olmayacaq" - EKSPERT

CƏMİYYƏT

19 Avqust 2021 | 13:19

"Vaksin olunmayanlara onlayn tədris də olmayacaq" - EKSPERT

Məlumdur ki, son verilən qərarlara əsasən, vaksin olunmayan tələbələr və şagirdlər ənənəvi təhsilə qoşula bilməyəcək. Hətta onlara cinayət işi də açıla bilər. Ancaq ənənəvi təhsilin bərpa olunub-olunmayacağı barədə heç bir fikir yoxdur. Belə olan halda, insanlar nə etməlidir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a danışıb:

İlk növbədə qeyd edim ki, Azərbaycanda 2021-ci ilin sentyabr ayında tədrisin ənənəvi qaydada başlama ehtimalı kifayət qədər çoxdur. Amma istər Azərbaycanda, istərsə də dünyanın inkişaf etmiş ölkələrində tədris prosesinin ənənəvi qaydada bərpası üçün yeganə bir öhdəlik və məhdudiyyət var, o da vaksinasiyadır. Hesab edirəm ki, Azərbaycanda da buna uyğun addımlar atılacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycanda vaksinasiya pulsuz və ümumidir, insanlar buna mütləq şəkildə qoşulmalıdılar ki, ənənəvi tədris prosesinə qoşulsunlar. Təbii ki, insanlar narahatdırlar ki, vaksin vurdursaq belə, dərsləri onlayn keçəcəyik. Əlbəttə, bu ehtimal həmişə var, amma mövcud rəqəmlər onu deməyə əsas verir ki, biz ənənəvi təhsilə qayıdacayıq. Təbii ki, ənənəvi təhsildə iştirak etmək üçün insanlar mütləq vaksinasiya olmalıdırlar, hətta Operativ Qərargah 2021-ci ilin may ayının 10-dan etibarən 18 yaşdan yuxarı hər kəsin vaksinasiya olunması ilə bağlı qərar qəbul etdi və 2021-ci il senyabrın 1-dən etibarən ölkədə ənənəvi təhsildə iştirak etmək üçün vaksinasiya mütləqdir. Hesab edirəm ki,  ənənəvi təhsilə qayıtmaq istəyiriksə, mütləq şəkildə vaksin olunmalıyıq. Amma vaksin olunmayanlar üçün onlayn tədrisin təşkili hələ də nəzərdə tutulmayıb. Yəni həm tələbələr, həm də şagirdlərin valideynləri ilə bağlı belə bir qərar var.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə potensial yoluxma riskini yaradan şəxslər, əlbəttə ki, məsuliyyətə cəlb edilə bilərlər. Amma burda kiminsə saxta vaksin vəsiqəsi almağı məsələnin hüquqi baxımdan məsuliyyətini ortaya çıxara bilər. Hesab edirəm ki, burda cəza deyəndə həmin şəxslərə sadəcə cərimə tədbiq edilə və yaxud mütləq vaksin olunması ilə bağlı tələb qoyula bilər. Digər bir məqamı da qeyd edim ki, hal hazırda ölkənin dörd min əlli bir ali təhsil müəssisində yüz səksən iki min tələbə təhsil alır və artıq onların 70%-ə qədəri vaksin olunub. Digər tərəfdən, artıq ali təhsil müəssisəsində çalışan müəllimlərin 90%-ə qədəri vaksinasiya prosesində iştirak ediblər. Bütün bunların hər biri tədrisin ənənəvi qaydada açılma ehtimalını kifayət qədər yüksəldir. Ona görə də, tələbələr və müəllimlər, ümumiyyətlə yaşı 18-dən yuxarı hər kəs normal həyata, ənənəvi həyata qayıtmaq istəyirsə, birmənalı şəkildə vaksinasiya olunması tövsiyyə olunur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR