• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bədii gimnastlarımız Polşada üç medal qazanıblar

İDMAN

03 May 2021 | 22:09

Bədii gimnastlarımız Polşada üç medal qazanıblar

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə “İrina Cup” beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 

Bildirilib ki, təmsilçilərimiz bu yarışdan Vətənə 1 gümüş və 2 bürünc medalla dönüblər.

Gənclər arasında yarışan K.Seyidzadə lentlə final çıxışına görə, gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən G.İbrahimova çoxnövçülükdə bürünc medal qazanıb. Ş.Ağahüseynova isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında üçüncü olub.

2009-cu il təvəllüdlü idmançılar arasında yarışan M.Əliyeva medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə dördüncü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan A.Rəhimova isə həmin proqram üzrə 7-ci olub.

Gənclər arasında iştirak etmiş daha bir gimnastımız A.Məmmədova isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026