• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bərdədə dəhşətli qətl - Qardaşının keçmiş arvadı ilə evlənən gənci...

HADİSƏ

21 Sentyabr 2023 | 18:24 | Müəllif: Subhan Mahmudov

Bərdədə dəhşətli qətl - Qardaşının keçmiş arvadı ilə evlənən gənci...

Ötən il Bərdə rayonu Lənbəran kəndində tanışı, 32 yaşlı İsrəfil Hüseynovu güllələyərək qətlə yetirən 1973-cü il təvəllüdlü S.Hacıyevin məhkəməsi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, S.Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, S.Hacıyevin qardaşı 2019-cu ildə həyat yoldaşından boşanıb və 2021-ci ildə vəfat edib. Bundan sonra mərhumun həyat yoldaşı İ.Hüseynovla birgə yaşamağa başlayıb. S.Hacıyev və qohumları qardaşının keçmiş arvadının övladları ilə birgə İsrəfillə birgə yaşamasına etiraz ediblər və münaqişə baş verib.

Bundan sonra S.Hacıyev İsrəfili qətlə yetirmək qərarına gəlib və avtomobilinə silah qoyaraq onu görəndə güllələyəcəyini bildirib. Hadisə baş verən gün də S.Hacıyev İsrəfilin maşınla gəldiyini görərək onu saxladıb və yolun kənarında 2 dəfə atəş açaraq qətlə yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacıyevə 11 il həbs cəzası təyin edilib./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026