• Bakı 26° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

SİYASƏT

19 Iyul 2024 | 16:41

Beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.

Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 24 siyasi partiyadan səlahiyyətli nümayəndələr qeydə alınıb.


SON XƏBƏRLƏR