• Bakı 14° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Bəzi yerlərdə yağış yağacaq - BU GÜNÜN HAVASI

CƏMİYYƏT

06 May 2025 | 08:37

Bəzi yerlərdə yağış yağacaq - BU GÜNÜN HAVASI

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-10° isti olacaq.


SON XƏBƏRLƏR

05 May 2025