Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Verilən məlumata görə, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
















