Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani bu il ilk dəfə "Miss & Mrs Global Asia" gözəllik yarışmasında ölkəsini təmsil edib.
Bakıvaxtı.az "N TV"yə istinadən xəbər verir ki, müsabiqə zamanı səudiyyəli model Əl-Qahtani 870 min izləyicisi olan İnstaqram hesabında kombinasiyalarını və yarışma təcrübəsini paylaşıb.
Səudiyyəli model bütün stillərdə müxtəlif paltarlar geyinib.
Səudiyyə Ərəbistanının tarixində ilk dəfə bir gözəllik yarışmasına qatıldığını deyən Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” yarışmasında iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.
Builki müsabiqədə Avstraliya, Borneo, Hindistan, İndoneziya, Yaponiya, Tailand, Filippin, Sinqapur, Səudiyyə Ərəbistanı, Vyetnam, Banqladeş, Myanma və Malayziya da daxil olmaqla 12 ölkə və regiondan 25 iştirakçı iştirak edib.
Filippinli Dyan Şeyn Maq Abo "Mrs. Global Asia 2024" titulunu alıb. Keçən ilin qalibi tacını Maq Aboya təqdim edib.
Ay Tac

















