• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Birinci sinfə imtahanla qəbul: Ekspert bunun ciddi fəsadlar törədəcəyini AÇIQLADI

CƏMİYYƏT

09 Iyun 2023 | 15:50

Birinci sinfə imtahanla qəbul: Ekspert bunun ciddi fəsadlar törədəcəyini AÇIQLADI

 

“Birinci siniflərə qəbul zamanı rus bölməsində təhsil almaq istəyənlərə müsahibənin təşkil olunması qanunvericilik aktlarına ziddir və bu təhsildə neqativ hallar yaradacaq”.

Bunu Bakıvaxtı.az-a birinci sinflərə imtahanla qəbulla bağlı edilən yeniliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin təklif etdiyi bu yenilik Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir: “Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Elm və Təhsil Nazirliyi kobud şəkildə pozur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma Elm və Təhsil Nazirliyi bunun qarşısını alır”.

Ekspert hesab edir ki, müsahibə zamanı ciddi şəkildə neqativ hallar, qərəzli rəy olacaq: " 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il 2019-2010-ci tədris ilində bu rəqəmin artacağı qaçılmazdır. Sizcə, azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün nazirliyin resursu, kadrı varmı? Birmənalı olaraq, yox! Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. nəzərə alsaq ki, elektron qaydada nə qədər valideyin yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər".

Müsahibiz onu da qeyd edib ki, digər tərəfdən, bu, insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır: "Azərbaycan Respublikası Konstitusiyası: Maddə 42. Təhsil hüququ: Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Maddə 45. Ana dilindən istifadə hüququ: Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Bunlar ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozurlar. Hələ işlədikləri Təhsil haqqında qanundan xəbərləri yoxdur ki, təhsilin məqdəsi nədir: Təhsil haqqında qanun: 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir".

K.Əsədova görə, bunlar istəyir ki, atalar sözündə deyilən kimi, nə yoğurub, nə yapıb axırda hazırca kökə tapsınlar: “Yəni uşaq məktəbə gələndə artıq rusca danışmağı, yazmağı öyrənsin, bunlarda sonra şəkil çəkdirib paylaşsınlar ki, bəh-bəh-bəh, gör biz necə uşaq yetişdiririk. Ali məktəblərə qəbul imtahanlarının, olimpiyadaların nəticələri repititorların, hazırlıq kursların özəl mərkəzlərin əziyyəti hesabına başa gəldikdən sonra, bunlar öz nəticələri kimi təqdim etməyə artıq vərdiş ediblər. Cənablar, məktəbin vəzifəsi var, ola bilsin ki, xəbəriniz yoxdur, amma qanunvericilik aktlarında bu müəyyən olunub. 2011-ci ildə qəbul edilmiş "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"ndə yazılır: 3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əməkfəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir. 3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri,estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır", - deyə vurğulayıb.

Ekspert Azərbaycan Respublikasında dövlət dili haqqında qanununa diqqət yetirib: II. VƏTƏNDAŞLARIN DİL SEÇMƏK HÜQUQU. Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı təmin edilir. Qanunlar bu qədər seçim içkanı verdiyi, azadlıqları müəyyən etdiyi halda, siz niyə insanların hüquqlarını məhdudlaşdırırsız? Qanun şahdır? Yoxsa siz şahsız? Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində deyilir: 3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir. Amma təhsil nazirliyi onların bu hüququnu əlindən almağa çalışır. Bundan sonra rus bölməsində təhsil almaq istəyənlərin bu istəkləri qeyri qanunmi yolla məhdudlaşdırılacaq. 28 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində demişdi: Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Rus bölməsində təhsil üçün heç bir məhdudiyyət yoxdur.

Ekspert əlavə edib ki, heç bir qanun kiminsə dövlət məktəblərində digər dillərdə vətəndaşın təhsil almağına mane olmağınıza imkan və icazə vermir: "Şagirdlərin rus bölməsinə qəbulu zamanı heç bir müsahibə və müsabiqə təşkil oluna bilməz. Bunu etmək ölkə prezidentinin siyasətinə, qanunlara qarşı çıxmaq deməkdir. Uşaqlar məktəbə öyrənmək üçün gəlirlər. Əgər onlar məktəbə gələnə qədər bilik və bacarıqlara yiyələnəcəklərsə, onda məktəb nəyə lazımdır? Dünyanın inkişaf etmiş ölkələrində azyaşlı uşaqları imtahanlardan maksimum dərəcədə kənar tuturlar ki, onlara psixoloji təsir göstərməsin, onlar gərginlik yaşamasın. Amma bizdə onları hər an imtahan stresinə salırlar”.

Həmsöhbətimiz hesab edir ki, tətbiq edilən yenilik çox ciddi fəsadlar törədəcək.

“Azyaşlı uşaqlar özlərini müsahibədə itirsəllər, müsbət rəy ala bilməsələr, onların valideiynləri uşaqları incidə, onların üzərinə qışqıra bilər", - deyə Kamran Əsədov əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Mart 2024