Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası Prezidentinin mətbuat katibi Brenden Varma bildirib.
Onun sözlərinə görə, Bozkırın 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfərləri nəzərdə tutulub.
















