• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

BMT bu il Ukraynaya 3,1 milyard ayıracaq

DÜNYA

11 Yanvar 2024 | 21:52 | Müəllif: Subhan Mahmudov

BMT bu il Ukraynaya 3,1 milyard ayıracaq

BMT Ukraynada 8,5 milyon insana yardım üçün 2024-cü ildə bu ölkəyə 3,1 milyard dollar ayırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” məlumat verib.

Bildirilib ki, 2024-cü ildə Rusiyanın genişmiqyaslı işğalı səbəbindən 14,6 milyondan çox insan və ya Ukrayna əhalisinin 40%-i humanitar yardıma ehtiyac duyacaq.

Münaqişə həmçinin 6,3 milyon insanı xaricə qaçmağa məcbur edib.

Dörd milyon insan, o cümlədən bir milyona yaxın uşaq ölkədə məcburi köçkün olaraq qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026