BMT Təhlükəsizlik Şurası Böyük Britaniya, Fransa və ABŞ-ın "Taliban"nı əfqanların və əcnəbilərin Əfqanıstandan sərbəst və təhlükəsiz çıxmasını təmin etmək öhdəliklərini yerinə yetirməyə çağıran qətnaməsini qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, qətnaməyə 13 dövlət səs verib, Rusiya və Çin bitərəf qalıb.
BMT Təhlükəsizlik Şurası 26 avqustda Kabul hava limanı yaxınlığındakı hücumları şiddətlə qınayır və "Taliban"ın da hücumu qınadığını qeyd edir. Qətnamədə bildirilir ki, BMT Təhlükəsizlik Şurası, "Taliban"ın əfqanların xaricə gedə biləcəyini, istədiyi vaxt Əfqanıstanı tərk edə biləcəyini və istədiyi vaxt Əfqanıstanı həm hava, həm də hər hansı bir sərhəd keçidindən tərk edə biləcəyini, o cümlədən Kabildə yeni açılan və təhlükəsiz hava limanı vasitəsilə heç kim onların gedişinə mane olmayacağını vəd etdiyi 27 Avqust tarixli bəyanatını nəzərə alır.
Qətnamədə deyilir ki, BMT Təhlükəsizlik Şurası "Taliban"ın əfqanların və bütün xarici vətəndaşların Əfqanıstandan təhlükəsiz, etibarlı və nizamlı şəkildə çıxması da daxil olmaqla, bu və bütün digər öhdəliklərə əməl etməsini gözləyir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















