Birinci oyunun nəticəsi hər iki komandaya təsir etmişdi. İkinci hissə hər kollektiv üçün fərqli keçdi. Oynamayan futbolçulara da şans verdik.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasına "Qarabağ"a 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Monteneqrolu məşqçi gənc oyunçu Ağadadaş Salyanskinin çıxışını bəyəndiyini bildirib:
"İstəyirəm ki, onu əsas heyətdə oynadım. Özünü yaxşı tərəfdən göstərə bildi".
O, müdafiədə bəzi zonaları düzəlmək üçün çalışdıqlarını deyib.