• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bolqarıstanda Azərbaycan dilinin zənginliyindən danışıldı

CƏMİYYƏT

10 Oktyabr 2023 | 15:04 | Müəllif: Qalib İbrahimoğlu

Bolqarıstanda Azərbaycan dilinin zənginliyindən danışıldı

Bolqarıstanın Müqəddəs Kliment Oxridsku adina Sofiya Universitetində beynəlxalq elmi konfrans keçirilib.

Bakıvaxtı.azxəbər verir ki, “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı konfrans “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi” münasibəti təşkil edilib.

Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov cıxış edərək Azərbaycandan gələn alimləri salamlayıb və onlara uğurlar arzulayıb.

Sumqayıt şəhər 71 saylı uşaq bağçasının müdiri Heyran Mehdiyeva “Amerika və Britaniya ingilis dili arasındakı fərqlər” mövzusunda məruzə ilə cıxış edib.

Konfransda “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin direktoru Sofiya Şiqayeva, Türkologiya kafedrasının müdiri, professor İrina Saraivanova, həmin kafedranın dosenti Milena İyordanova və basqaları çıxış edərək Azərbaycan dilinin zənginliyindən, bolqar dili ilə müqayisəli təhlilindən danışıblar.

Konfransda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri, professor Sevinc Əliyeva da məruzə ilə çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026