• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Borcunu ödəməyən şirkətin rəhbərinə QADAĞA  

CƏMİYYƏT

08 Iyul 2022 | 12:33

Borcunu ödəməyən şirkətin rəhbərinə QADAĞA

Dövlətə borclu şirkətin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi "Golden Palace" MMC-ni məhkəməyə verib.

İş Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın icraatındadır.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatla bağlıdır.

Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumata görə, "Golden Palace" MMC-nin dövlətə 2 min 354 manat borcu var.  

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026