• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Boris Conson əməliyyat olundu

DÜNYA

21 Iyun 2022 | 07:51 | Müəllif: Qalib İbrahimoğlu

Boris Conson əməliyyat olundu

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Conson xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat ümumi anesteziya altında aparılıb və öncədən planlaşdırılıb.

Baş nazirin rəsmi nümayəndəsi Consonun Londondakı klinikalardan birində əməliyyat olunduğunu bildirib (oxu.az). O, əməliyyatın burun çəpəri ilə bağlı olduğunu da bildirib.

Consonun səhər saat 6-da evindən çıxdığı və səhər saat 10-da igamətgahına qayıtdığı qeyd olunub.

Conson tezliklə işə qayıtmaq niyyətindədir. Bunadək isər onu baş nazirin müavini Dominik Raab əvəz edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026