• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pilotsuz taksi ABŞ-ın yollarında sınaqdan keçiriləcək

DÜNYA

21 Iyul 2022 | 01:43 | Müəllif: Qalib İbrahimoğlu

Pilotsuz taksi ABŞ-ın yollarında sınaqdan keçiriləcək

“Amazon” korporasiyasına məxsus “Zoox” şirkətinin istehsal etdiyi pilotsuz taksini ABŞ-ın ictimai yollarda sınaqdan keçirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, şirkət Kaliforniya yollarında pilotsuz elektrik avtomobilindən istifadə etmək üçün müvafiq orqanlara müraciət ünvanlayıb.

“Zoox” şirkətinin həmtəsisçisi və baş mühəndisi Cessi Levison Frimont şəhərindəki zavodda on minlərlə avtomobil istehsal etməyə qadir olduqlarını deyib. O, həmçinin ABŞ iqtisadiyyatında mövcud tənəzzülün şirkətinin işinə təsir göstərmədiyini və rəhbərliyin 2023-cü ilin əvvəlinədək işçi qüvvəsini 600 nəfər artıracağını bildirib.

Şirkət elektriklə işləyən avtomobilini ilk dəfə 2020-ci ilin dekabrında ictimaiyyətə təqdim edib. Dörd sərnişin üçün nəzərdə tutulan VH6 pilotsuz elektrokarda sükan və pedallar yoxdur. Şirkətin məlumatına görə, süni intellektlə idarə olunan taksi saatda maksimum 120 kilometr sürətlə hərəkət edə və bir dəfə doldurulma ilə 16 saata qədər işləyə bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR