• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Britaniya kəşfiyyatı: Rusiya Xersonda “referendum” keçirə bilər

DÜNYA

15 Mart 2022 | 13:17 | Müəllif: Subhan Mahmudov

Britaniya kəşfiyyatı: Rusiya Xersonda “referendum” keçirə bilər

Rusiya Xersonda qondarma respublikanı legitimləşdirmək məqsədi ilə Donetsk, Luqansk və Krımdakı kimi "referendum" keçirə bilər.

Bakıvaxtı.az  APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, martın 11-də Rusiya Melitopol şəhərinə öz merini təyin edib. Əlavə olunub ki, Dneprorudnoenin merinin də Rusiya qüvvələri tərəfindən qaçırılması barəsində məlumatlar var.

Hərbi kəşfiyyatın məlumatında Rusiyanın Ukrayna üzərində siyasi nəzarətini möhkəmləndirərək Ukrayna demokratiyasını devirmək məqsədi ilə daha çox cəhdlər edəcəyinin ehtimal edildiyi vurğulanıb. Əlavə olunub ki, işğal altındakı Xerson, Berdyansk və Melitopol şəhərlərində əhali ruslara qarşı aksiyalar keçirib.

Xersonda keçirilən aksiyanı dağıtmaq məqsədi ilə rusiyalı hərbçilərin xəbərdarlıq atəşi açdığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026