• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı açıqlandı

DÜNYA

14 Aprel 2022 | 10:41

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı açıqlandı

"Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 014 təhsil müəssisəsinə ziyan dəyib, 91-i tamamilə dağılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR