• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Daha bir şirkət bitkoinlərlə ödəniş edəcək

DÜNYA

14 May 2022 | 03:25

Daha bir şirkət bitkoinlərlə ödəniş edəcək

Birləşmiş Ərəb Əmirliklərinə məxsus Emirates aviaşirkəti öz xidmətlərini bitkoinlərlə satacaq.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə “Arab News” şirkətin baş əməliyyat direktoru Adel Əhməd əl-Redhaya istinadən məlumat verib.

Onun sözlərinə görə, Emirates tezliklə bitkoini ödəniş kimi qəbul etməyə başlayacaq.

Bundan əlavə, aviaşirkət öz NFT tokenlərini rəsmi saytına əlavə edəcək. Əl-Redha bildirib ki, aviaşirkət çox güman ki, müştəri ehtiyaclarını izləyə bilən proqramların yaradılmasına kömək etmək üçün işçilər işə götürməlidir (aviatravel.az). O, aviaşirkətin bitcoin ödəniş xidmətini nə vaxt işə salacağını dəqiqləşdirməyib.

İctimai Xəbərlər Xidmətinin daha əvvəl bildirdiyi kimi, bitkoinin qiyməti 12%-dən çox ucuzlaşaraq, ötən il iyulun 21-dən bəri ilk dəfə olaraq 30 min ABŞ dollarından aşağı düşüb. 


SON XƏBƏRLƏR

19 Aprel 2024