• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Brüssel görüşünün xüsusi uğurlu nəticələri olmayacaq – Vitse spiker

SİYASƏT

05 Aprel 2024 | 11:44 | Müəllif: Qalib İbrahimoğlu

Brüssel görüşünün xüsusi uğurlu nəticələri olmayacaq – Vitse spiker

“Brüssel görüşünün tarixi elan edildikdən sonra bir çox narahatlıq doğuran fikirlər səsləndirildi. Sanki biz çox narahat olacağıq, Ermənistan xoşbəxt olacaq, dünya yerindən oynayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında vitse-spker Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda yerləşmək üçün Azərbaycanla münasibət normal olmalıdır:

“İqtisadi-siyasi hakimiyyət Azərbaycandadır. Azərbaycan ərazilərini azad edib, sülh istəyir. Ermənistan Rusiyanın forpostudur. Biz niyə narahat olaq ki?”

Deputat qeyd edib ki, Ukraynada qələbə əldə edə bilməyən Qərb ikinci cəhbə açmaq istəyir:

“Hər iki tərəf çox çətin vəziyyətdədir. Erməni dövlətini yaradan Rusiya olub və ilk gündən də himayəsindədir. Buna görə də əldən çıxarmaq istəmir. Deyirlər, müharibə olacaq. Kimsə necə gəlib deyə bilər ki, Azərbaycanı vur? Türkiyə amili, “Şuşa Bəyənnaməsi” var. Heç nə olan deyil. Bu görüşün də xüsusi uğurlu nəticələri olmayacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR