• Bakı 11° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"BTS" üzvünün 5,7 milyonluq səhmləri oğurlandı

DÜNYA

26 Mart 2025 | 23:32

BTS üzvünün 5,7 milyonluq səhmləri oğurlandı

Cənubi Koreyanın məşhur "BTS" pop-qrupunu Con Çonqukun hesabından 5,7 milyon dollar dəyərində səhmlər oğurlanıb.

Bakıvaxtı.az Axşam.az-a istinadla xəbər verir ki, oğurluq hadisəsi müğənni Cənubi Koreyada hərbi xidmətdə olduğu zaman baş verib.

Naməlum şəxs "Hybe" (əvvəlki adıyla Big Hit Entertainment) şirkətinin səhmlərini Çonqukun hesabından oğurlayaraq başqasına köçürüb. O, 33 min səhmi oğurlayıb və bunlardan 500-ünü satıb. 

Çonquk satılan 500 səhmi geri almaq üçün məhkəməyə müraciət edib və Seul Qərb Rayon Məhkəməsi müğənniyə həmin səhmləri qaytarmağa qərar verib.

Hakerin kimliyi hələlik müəyyən edilməyib, amma ehtimal olunur ki, o, müğənnini şəxsən tanıyırdı.


SON XƏBƏRLƏR

29 Mart 2025