• Bakı 8° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu addım müharibəni daha da şiddətləndirəcək

SİYASƏT

05 Mart 2022 | 17:07 | Müəllif: Qalib İbrahimoğlu

Bu addım müharibəni daha da şiddətləndirəcək

“Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün koridorların yaradılmasıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Bunun vacib olduğunu deyən Elxan Şahinoğlu hesab edir ki, ancaq mülki insanların şəhərləri tərk etməsi müharibəni daha da şiddətləndirəcək: “Rusiya ordusu Kremldən aldığı təlimat əsasında Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına işğalı sürətləndirməyə çalışacaq. Ukraynanın əhalisi 40 milyondan çoxdur, bunun 1 milyonu artıq qaçqına çevrilib. Misal üçün Suriyada müharibə başlayanda 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Yəni Ukraynadakı müharibə Suriyadakı müharibədən daha dəhşətli miqyas alıb”.

Politoloq Avropanın mərkəzində dəhşətli humanitar böhran yaşandığını vurğulayıb.

 Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR