• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu avtomobillərə maraq kəskin artıb

İQTİSADİYYAT

14 Mart 2022 | 23:13 | Müəllif: Subhan Mahmudov

Bu avtomobillərə maraq kəskin artıb

ABŞ-da "Tesla" elektrik avtomobillərinə maraq artıb.

Bakıvaxtı.az xarici KİV-ə istinaən xəbər verir ki, ölkənin bəzi regionlarında elektromobillərə tələbat 100 faiz artıb.

ABŞ-ın Rusiyadan neft idxalına qarşı sanksiyaları enerji daşıyıcılarının qiymətlərində görünməmiş artıma səbəb olub. Belə ki, martın 14-ə benzinin bir qallonunun qiyməti (tıxmini 3,8 litr) ştatdan asılı olaraq 4-5 dollara çatır. Keçən ilin göstəriciləri hazırki qiymətlərdən 1-1,5 dollar aşağı olub.

Qiymət artımı fonunda ABŞ sakinləri diqqətlərini elektrik mühərriki ilə təchiz edilmiş "Tesla" avtomobillərinə salmalı olublar.

Bununla belə, analitiklərin bildirdiyinə görə, "Tesla"-nın sifarişlərinin qəfil artması tədarük artımını şərtləndirməyəcək, çünki istehsalçı cari sifarişlərin öhdəsindən belə gələ bilmir.(trend)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026