• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu deputatlar YAP-dakı vəzifələrini İTİRƏCƏKLƏR

SİYASƏT

22 Aprel 2021 | 10:46

Bu deputatlar YAP-dakı vəzifələrini İTİRƏCƏKLƏR

Yeni Azərbaycan Partiyasının son qurultayında nizamnaməyə və strukturlarında edilən dəyişikliklərdən sonra bir sıra şəxslər də vəzifələrini itirəcəklər.

Unikal.org-un əldə etdiyi məlumata görə, dəyişiklikdən sonra YAP-da iki vəzifə daşımaq mümkün olmayacaq. Bu səbəbdən də yaxın günlərdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov buradakı vəzifələrindən azad olunacaqlar. 

Belə ki, adıçəkilən şəxslər qurultayda Təftiş komissiyasının üzvləri seçildikləri üçün ikinci vəzifə daşıya bilməzlər. Ona görə də üç deputat YAP təşkilat sədri vəzifələrindən çıxarılırlar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026