• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

24 Noyabr 2024 | 19:25 | Müəllif: Subhan Mahmudov

Bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR