Dövlət İmtahanı Mərkəzi bu gün imtahan keçirəcək.
Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, iyulun 19-da Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda GRE imtahanı təşkil olunacaq.
Bildirilib ki, imtahan saat 09:00-da başlanır.
Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.
















