• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb - YENİLƏNİB

CƏMİYYƏT

08 Avqust 2022 | 18:07 | Müəllif: Qalib İbrahimoğlu

Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb - YENİLƏNİB

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilib.

*** 10:05

Bu gün Aşura günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir.

Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

Bu gün ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində qanvermə aksiyası olacaq.

Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026