• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu gün Ramazan bayramıdır

CƏMİYYƏT

02 May 2022 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün Ramazan bayramıdır

Azərbaycanda bu gün və sabah Ramazan bayramıdır.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən  Əhya gecələei (Qədr gecəsi) 19, 21, 23 və 27 aprel tarixlərinə təsadüf edib.

Bu gün bayram namazı Göy məscid və Əjdərbəy məscidində saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Strasburqda səfərdə olduğundan, bayram namazında iştirak edə bilməyəcək.  Ramazan bayramında şeyxülislam Allahşükür Paşazadəni pişnamazda “Təzəpir” məscidinin imamı Hacı Faiz əvəz edəcək.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı fətvasında müsəlmanlar üçün müqəddəs ayın 1-nin miladi təqvimlə 2 may 2022-ci ilə təsadüf etdiyi bildirilir.

Bayramla əlaqədar mayın 2-si və 3-ü ölkədə qeyri-iş günüdür.

Bayramınız mübarək!

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026