Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq, lakin tərəflər hələ vaxt barədə razılığa gəlməyiblər
Bakıvaxtı.az-ın xəbətinə görə, bu barədə "RİA Novosti"yə diplomatik dairələrdəki mənbə bildirib.
Qeyd olunub ki, danışıqlar ləğv edilməyib, lakin görüşün vaxtı təxirə salınıb.
"Tərəflər arasında danışıqlar martın 2-də axşam və ya daha gec keçirilə bilər", - deyə mənbə bildirib.
***
12:28
Bu gün Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında növbəti danışıqlar ola bilər.
Bakıvaxtı.az “Sputnik Belarus”a istinadə xəbər verir ki, Ukrayna tərəfi hələlik danışıqlar yerinə gəlməyib.
Bildirilib ki, danışıqların ləğv edilməsi nəzərdə tutulmasa da, onların ertələnməsi istisna edilmir.
Ramid İbrahimov
















