• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu il nüfuzlu mükafat Meloniyə veriləcək

DÜNYA

24 Sentyabr 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Bu il nüfuzlu mükafat Meloniyə veriləcək

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən İtaliyanın Baş naziri Ciorcia Meloniyə nüfuzlu “Qlobal Vətəndaş Mükafatı 2024” təqdim olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın mükafatını Ciorcia Meloniyə “Tesla”, “X” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask təqdim edəcək.

İtaliyanın Baş naziri Avropa İttifaqına və Transatlantik Alyansa güclü dəstəyinə, həmçinin ölkəsinin 2024-cü ildə “Böyük Yeddiliyə” (G7) sədrliyinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, mükafat hər il BMT-nin Baş Assambleyası çərçivəsində qlobal səviyyədə fərqlənmiş beynəlxalq şəxsiyyətlərə təqdim olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026