Bu il Bakıda baş verən yol qəzalarının sayı açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, bu ilin 11 ayı üzrə paytaxt ərazisində 458 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb.
















