• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə

CƏMİYYƏT

19 Iyun 2024 | 18:52

Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə

"Birinci cəhddən 30 bal toplayan abituriyentlər bir ay ərzində 100 bal toplaya bilməyəcəyini bildiyi üçün artıq ikinci cəhddə iştirak etmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "ASAN TV"yə açıqlamasında bildirib.

O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu il birinci cəhddən sonra 947 nəfərdir. 500 baldan yuxarı nəticə göstərən 2116 nəfər idisə, bu il 3300 nəfərdir:

"Bu o deməkdir ki, yüksək keçid balı olan prestijli ixtisaslarda keçid balı artacaq. Keçən il keçid balı 500 olan ixtisas bu il, ola bilsin, 550-yə gəlib çatsın".


SON XƏBƏRLƏR

21 Iyul 2024