Gələn il yanvarın 1-dən Misir hökuməti Süveyş kanalından keçid haqqını artıracaq.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, artım tankerlər üçün 15%, quru yük və sərnişin gəmiləri üçün isə 10% olacaq. Bahalaşmaya səbəb kimi yanacağın qiymətinin artması göstərilir.
"Report" məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, səhmdar cəmiyyətinə məxsus gəmilər Qırmızı dənizdə üzmür, başqa sözlə Süveyş kanalından istifadə etmirlər.















