Ankara Baş Prokurorluğu tərəfindən 8 vilayətdə qanunsuz mərc oyunları ilə bağlı araşdırma aparılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı 46 şübhəli saxlanılıb, 40 milyon dollarlıq kriptovalyuta ələ keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ankaranın 8 vilayətində müəyyən edilən cinayət təşkilatına qarşı 46 şübhəli barəsində həbs qərarı çıxarıb.
Şübhəlilərin qeyri-qanuni mərclərdən əldə etdikləri pulların köçürülməsində vasitəçi kimi çıxış etdikləri və hesablarında toplanan pulları Xəlil Fəlalə, onun həyat yoldaşı və kazino meneceri də daxil olmaqla, cinayət təşkilatının kriptovalyuta aktivlərinə göndərdikləri müəyyən edilib.
Bu yolla cinayətdən təxminən 2,5 milyard lirə gəlir əldə etdikləri deyilən şübhəlilərin bu vəsaitlərin göndərildiyi bank hesablarında toplanan pulları kriptovalyuta birjasına xalis 2,5 milyard lirəyə köçürdükləri müəyyən edilib. 118 min 148 əməliyyatda Falyali və həyat yoldaşının da olduğu 11 nəfərlik qrupun kripto hesablarına lirə köçürülüb.
Qərara əsasən, yerli və xarici kriptovalyuta birjalarına köçürüldüyü müəyyən edilən təxminən 40 milyon dollar dəyərində kriptovalyuta müsadirə edilib.
Barəsində həbs qətimkan tədbiri seçilən şübhəlilərin axtarışları davam edir.
Aytac Aslan
















