• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu məktəblərə qəbul olmuş şagirdlərin qeydiyyat müddəti uzadılıb

CƏMİYYƏT

27 Avqust 2024 | 13:38

Bu məktəblərə qəbul olmuş şagirdlərin qeydiyyat müddəti uzadılıb

Yaxın günlərdə prioritet ixtisaslara ödənişsiz qəbul aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 000 nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb.

    Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla aşağıdakı ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər:

    1. Violonçel
    2. Kontrabas
    3. Arfa
    4. Fleyta
    5. Qoboy
    6. Klarnet
    7. Faqot
    8. Saksofon
    9. Truba
    10. Trombon
    11. Valtorna
    12. Zərb alətləri
    13. Balaban
    14. Qanun
    15. Saz

    Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər. Bununla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR