• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Bu ölkə “Avroviziya”dan imtina edə bilər

MƏDƏNİYYƏT-ŞOU

22 May 2022 | 01:30

Bu ölkə “Avroviziya”dan imtina edə bilər

"Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 12 xalla bağlı qalmaqalda adı hallanan ölkələrdən biri - Rumıniya gələcəkdə bu yarışda iştirakdan imtina edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin TVR telekanalının direktoru Dan Turturika "Facebook   hesabında yazıb.

O, müsabiqədə iştirak etməməklə yanaşı, Avropa Yayım Birliyini məhkəməyə vermək istədiklərini bildirib:

“AYB-nin Rumıniya, Polşa, San-Marino, Monteneqro, Gürcüstan və Azərbaycanın ictimai televiziyalarına qarşı hörmətsizliyi sarsıdıcıdır. Şəxsən TVR-nin rəhbərliyindən tələb edəcəyəm ki, artıq "Avroviziya"da iştirak etməyək və AYB-ni məhkəməyə verərək imicimizə dəyən ziyana görə təzminat tələb edək”.


SON XƏBƏRLƏR